SON DƏQİQƏ
» » Ölkəyə soyuq silah keçirmək istəyən gömrükdə tutuldu

Ölkəyə soyuq silah keçirmək istəyən gömrükdə tutuldu

Tarix:

7-04-2018, 11:50

/ 10 228 dəfə oxundu.
Ölkəyə soyuq silah keçirmək istəyən gömrükdə tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gunaz.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ