
Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları "İnterpol" tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.
GunAz.az "İnterfaks-Ukrayina" agentliyinə istinadən xəbər verir.
"Dünən Xarkov-Antalya reysinin sərnişinlərinin qeydiyyatı zamanı Azərbaycan vətəndaşının adı "İnterpol" məlumat bazasında çıxıb. Otuz yeddi yaşlı kişi qətl və soyğunçuluğa görə beynəlxalq axtarışda olub", - Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Tutulan şəxs Ukrayna Milli Polisinin nümayəndələrinə təhvil verilib.