SON DƏQİQƏ
» » Banklara borcu olan şəxs Azərbaycandan qaçmaq istəyərkən tutuldu

Banklara borcu olan şəxs Azərbaycandan qaçmaq istəyərkən tutuldu

Tarix:

9-01-2018, 15:03

/ 956 dəfə oxundu.
Banklara borcu olan şəxs Azərbaycandan qaçmaq istəyərkən tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Gunaz.az-a verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilmişdir.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ