SON DƏQİQƏ
» » Özbəkistan vətəndaşı sərhədi pozmaq istədi

Özbəkistan vətəndaşı sərhədi pozmaq istədi

Tarix:

25-04-2018, 17:05

/ 10 361 dəfə oxundu.
Özbəkistan vətəndaşı sərhədi pozmaq istədi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 1 nəfər xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısını alıb.
Bu barədə Gunaz.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.
Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb. Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb. Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oglı olması müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ