SON DƏQİQƏ

Axtarışda olanlar sərhəddə saxlanılıb

Tarix:

15-02-2018, 10:02

/ 1 350 dəfə oxundu.
Axtarışda olanlar sərhəddə saxlanılıb

Bu ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 375 nəfər saxlanılıb.

Gunaz.az -ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, onların 12-si Azərbaycan, 13-ü Özbəkistan, 6-sı Gürcüstan, 3-ü Pakistan, 2-si İran, 2-si Mərakeş, 1-i Rusiya, 1-i Tacikistan, 1-i Konqo, 1-i İraq, 1-i İordaniya, 1-i Şri-Лanka, 1-i Türkiyə vətəndaşları olublar.

Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozduqlarına görə, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə 1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası olmadığına görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130, müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qaldığına görə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sərhədindən buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 kq 913 qram narkotik maddə, 2 269 ədəd psixotrop dərman aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246 min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tüfəng, 3 ədəd 9 mm patron, 4 ədəd qayıq, 1 ədəd gecə görmə cihazı, 2000 İİR rialı, 30,5 milyon Rusiya rublu, 6628 qutu pirotexniki vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil telefonun dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ