Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb

Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb

Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları "İnterpol" tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb. 

GunAz.az "İnterfaks-Ukrayina" agentliyinə istinadən xəbər verir.

"Dünən Xarkov-Antalya reysinin sərnişinlərinin qeydiyyatı zamanı Azərbaycan vətəndaşının adı "İnterpol" məlumat bazasında çıxıb. Otuz yeddi yaşlı kişi qətl və soyğunçuluğa görə beynəlxalq axtarışda olub", - Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Tutulan şəxs Ukrayna Milli Polisinin nümayəndələrinə təhvil verilib.

скачать dle 12.1
Geri qayıt