SON DƏQİQƏ
» » Sərhəddə silahlı şəxs zərərsizləşdirildi

Sərhəddə silahlı şəxs zərərsizləşdirildi

Tarix:

5-06-2018, 18:57

/ 10 269 dəfə oxundu.
Sərhəddə silahlı şəxs zərərsizləşdirildi

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Baş Prokurorluqdan Gunaz.az-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.
 
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ