SON DƏQİQƏ

Ağdaşda canavarlar mal-qaraya hücum etdi

Tarix:

23-10-2017, 07:07

/ 1 926 dəfə oxundu.
Ağdaşda canavarlar mal-qaraya hücum etdi

Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.

Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.

Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ