SON DƏQİQƏ

İki azyaşlı qardaş dənizdə boğuldu - FOTO

Tarix:

24-07-2017, 14:44

/ 2 708 dəfə oxundu.
İki azyaşlı qardaş dənizdə boğuldu - FOTO

Ağstafa sakinləri Xəzər dənizində boğulub.
GUNAZ.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.
Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.
Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.
Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.
Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

 

 

 

İki azyaşlı qardaş dənizdə boğuldu - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ