SON DƏQİQƏ
» » 8 və 10 yaşlı iki qardaş suda boğuldu - Qazaxdakı faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

8 və 10 yaşlı iki qardaş suda boğuldu - Qazaxdakı faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Tarix:

11-06-2017, 19:04

/ 4 226 dəfə oxundu.
8 və 10 yaşlı iki qardaş suda boğuldu - Qazaxdakı faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qazaxda iki azyaşlı qardaşın faciəvi şəkildə gölməçədə boğulması ilə bağlı təfərrüatlar məlum olub.

GUNAZ.az-ın report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində şirkətlərdən birinə məxsus çınqıl karxanası ərazisindəki gölməçədə baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu qardaşı, 2007-ci il təvəllüdlü Nihadla ərazidə mal-qara otaran zaman gölməçədə çimmək istəyib. Suya girdikdən bir müddət sonra Lətif boğulmağa başlayıb. Bunu görən Nihad onu xilas etmək üçün suya girib. Lakin o da boğulub.
Kənd sakinlərinin dediyinə görə, uşaqların bazardan evə qayıdan anaları İndira Bayramovaonları mal-qara otardıqları ərazidə görmədiyi üçün axtarmağa başlayıb. Ana  ekskavatorların çay kənarında qazdığı çalada yaranmış gölməçənin yanından keçən zaman övladlarından birinin paltarlarını görüb. Əraziyə yaxınlaşan zaman gölməçədə oğlunun əlini görən ana ətrafdakıları köməyə çağırıb. Uşaqların hər ikisi sudan çıxarılıb.
Qeyd edək ki, ailənin iki övladı var imiş.
***
Qazax rayonunda iki qardaş suda boğulub.
 APA-ın məlumatına görə, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulublar.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ