SON DƏQİQƏ

25 yaşlı gənc faciəvi şəkildə öldü

Tarix:

8-05-2017, 10:47

/ 2 518 dəfə oxundu.
25 yaşlı gənc faciəvi şəkildə öldü

Qax rayonunda 25 yaşlı gənc çaya yıxılaraq ölüb
Hadisə günorta saatlarında, rayonun Qum kəndində baş verib. 25 yaşlı Qum kənd sakini Səxavət Mikayılovun meyiti Qum çayının kəndin ərazisindən keçən hissəsində həmkəndliləri tərəfindən tapılıb.
Məlum olub ki, Səxavət Mikayılov ailəsinə məxsus torpaq sahəsinə tərəvəz şitillərini əkmək üçün Qum çayına gedərək suyu öz əkin sahələrinə yönləndirmək istəyib. Bu zaman o, ehtiyatsızlıqdan suya yıxılıb və başı çaydakı daşa dəyib. Huşsuz vəziyyətdə olan gənc boğularaq ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər