SON DƏQİQƏ
» » FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı

FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı

Tarix:

7-06-2017, 19:55

/ 2 727 dəfə oxundu.
FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər