SON DƏQİQƏ
» » Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Tarix:

17-04-2017, 18:26

/ 6 723 dəfə oxundu.
Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ