İndoneziyada bərədə yanğın baş verib, ölən və itkin düşənlər var
Tarix:
20-05-2017, 08:14
/ 1 776 dəfə oxundu.
İndoneziyada bərədə baş verən yanğın nəticəsində azı 3 nəfər ölüb. RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bərənin göyərtəsində 178 sərnişin olub.
Hazırda 91 nəfərin xilas edildiyi bildirilir. 84 nəfərin taleyi naməlum olaraq qalır. Yava adasından Borneo adasına üzən bərədə əmələ gələn yanğının səbəbləri hələ ki, məlum deyil.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.