SON DƏQİQƏ
» » Somalidə təhlükəsiz əməkdaşları səhvən naziri öldürüb

Somalidə təhlükəsiz əməkdaşları səhvən naziri öldürüb

Tarix:

4-05-2017, 08:40

/ 3 999 dəfə oxundu.
Somalidə təhlükəsiz  əməkdaşları səhvən naziri öldürüb

Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin İctimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər.
 Reuters agentliyinə istinadən verilən xəbərə görə, insident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib.
Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.
Qeyd edək ki,  Somalidə "Əl Qaidə” ilə əlaqəli olan "Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə "Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ