SON DƏQİQƏ

Bakıda 11 ev yandı - Bir dəfəyə

Tarix:

28-04-2017, 15:47

/ 3 079 dəfə oxundu.
Bakıda 11 ev yandı - Bir dəfəyə

Bakı şəhərində 11 ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3000 m2 olan, bir-birinə bitişik tikilmiş, 11 vətəndaşa məxsus 9 evin yanar konstruksiyaları və ev əşyaları 357 m2 sahədə, digər 2 vətəndaşa məxsus, ümumi sahəsi 40 m2 olan 2 otaqlı evin 1 otağı 20 m2 sahədə və ümumi sahəsi 35 m2olan 2 otaqlı evin mətbəxi 3 m2 sahədə yanıb.
Yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ