SON DƏQİQƏ

Masallıda soyğunçuluq edən şəxslər tutulub

Tarix:

25-04-2017, 16:28

/ 4 012 dəfə oxundu.
Masallıda soyğunçuluq edən şəxslər tutulub

Masallıda evlərə basqın edən şəxslər tutulub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərdən ibarət qrup zərərsizləşdirilib.
Aprelin 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati, Mirzəyeva Xoşqədəm Hidayət qızı, Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzillərə maskalı şəxslər daxil olaraq, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə üç min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.
Hadisələrdən dərhal sonra əməliyyat qrupu yaradılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakıda saxlanılıb. Saxlanılan şəxslər - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.
 
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ