SON DƏQİQƏ

Bakıda oğurluq edən şəxslər saxlanılıb

Tarix:

22-04-2017, 11:34

/ 2 807 dəfə oxundu.
Bakıda oğurluq edən şəxslər saxlanılıb

Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.
 DİN-in saytına istinadən verilən məlumata görə, Xəzər rayon 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.
Binəqədi rayon 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.
Hər bir faktla bağlı araşdırma aparılır. 

GUNAZ.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ