SON DƏQİQƏ
» » Avtomobilin təkərlərindən 5000 siqaret çıxdı - Foto

Avtomobilin təkərlərindən 5000 siqaret çıxdı - Foto

Tarix:

22-04-2017, 12:40

/ 2 728 dəfə oxundu.
Avtomobilin təkərlərindən 5000 siqaret çıxdı - Foto

Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

 

Avtomobilin təkərlərindən 5000 siqaret çıxdı - Foto

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ