SON DƏQİQƏ

22 min 200 siqaret aşkar edildi

Tarix:

4-03-2017, 12:40

/ 3 582 dəfə oxundu.
22 min 200 siqaret aşkar edildi

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsindən
Gunaz.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 min 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ