SON DƏQİQƏ
» » “Borussiya"nın avtobusunu partlatmaq istəyən şəxs həbs edildi

“Borussiya"nın avtobusunu partlatmaq istəyən şəxs həbs edildi

Tarix:

22-04-2017, 10:15

/ 4 497 dəfə oxundu.
“Borussiya"nın avtobusunu partlatmaq istəyən şəxs  həbs edildi

Məhkəmə Dortmundun "Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 28 yaşlı Sergey V. barəsində həbs qətimkan tədbiri seçib.
 Saxlanılan şəxsin ikili vətəndaşlığı var. O, həm Almaniya, həm də Rusiya pasportu daşıyır.
Aprelin 11-də Dortmundda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Borussiya” və "Monako” klubları arasında oyun keçirilməli idi. Oyuna təxminən bir saat qalmış meydan sahiblərinin avtobusunun yaxınlığında 3 partlayış törədilmiş, "Borussiya”nın futbolçusu Mark Bartra insident zamanı yaralanmışdı.
Prokurorluğun məlumatına görə, şübhəli şəxs "Borussiya”nın səhmlərindən 15 minini alıb. O, bunun üçün aprelin 3-də kredit götürüb. Səhmlərin kursunun dəyişməsi təqdirində Sergey V. qiymətli kağızların satışından 4 milyon avro qazanc əldə edə bilərdi. Qeyd edək ki, Sergey V. aprelin 21-də Tübinqen şəhəri yaxınlığında saxlanılıb.

GUNAZ.az


 
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ