SON DƏQİQƏ
» » "Barsalona" və "Borussiya Dortmunt" səddi keçə bilmədilər

"Barsalona" və "Borussiya Dortmunt" səddi keçə bilmədilər

Tarix:

20-04-2017, 01:00

/ 4 176 dəfə oxundu.
"Barsalona" və "Borussiya Dortmunt" səddi keçə bilmədilər

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
 "Barselona” – "Yuventus” və "Monako” – "Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.
"Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Yuventus”la öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.
"Monako” – "Borussiya” görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
19 aprel
"Barselona” (İspaniya) – "Yuventus” (İtaliya) - 0:0
İlk oyun – 0:3
"Monako” (Fransa) – "Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48
İlk oyun – 3:2

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ