SON DƏQİQƏ
» » Çempionlar Liqasında daha iki cavab matçı keçirilib

Çempionlar Liqasında daha iki cavab matçı keçirilib

Tarix:

9-03-2017, 01:58

/ 6 170 dəfə oxundu.
Çempionlar Liqasında daha iki cavab matçı keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib.
"Barselona” PSJ, "Borussiya” isə "Benfika” ilə qarşılaşıb.
"Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ "Selta” və ya "Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider "Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum "üçlüy”ü olan komandanın nəyin bahasına olursa-olsun, qollar vurmağa çalışacağını əminliklə söyləmək olar.
Günün digər görüşündə "Borussiya” "Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmundlular Bundesliqada "Volfsburq” (3:0) və "Frayburq”un (3:0) ardınca "Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı "Benfika” ilə görüşdə də davam etdirmək niyyətindədi. "Qartallar” isə Portuqaliya çempionatının XXIV turunda "Feyrense”ni çətinliklə məğlub edib (1:0). Portuqaliya Premyer Liqasında 24 turdan sonra 60 xal toplayan "Benfika” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan "Porto”nu 1 xal qabaqlayır.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
8 mart
"Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4
"Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0
Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 0:1
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ