SON DƏQİQƏ
» » Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var

Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var

Tarix:

22-04-2017, 01:04

/ 2 797 dəfə oxundu.
Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var

Meksikada bazarda - "tianqis"də avtomobilin izdihamı vurması nəticəsində 10 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "W Mexico" radiosu xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə paytaxtda baş verib. Xilasedicilər xəsarət alanların xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Qəzaya səbəb sürücünün sürət həddini aşması və nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Qeyd edək ki, "tianqis"lər Mexikoda geniş yayılıb. Şəhərin bəzi rayonlarında küçələr 1 həftəlik nəqliyyat vasitələrinin üzünə bağlanılır və həmin ərazilərdə müxtəlif mallar, o cümlədən qida məhsulları satılır. 
скачать dle 12.1

Şərhlər