SON DƏQİQƏ
» » Avtobusun izdihamı vurması nəticəsində ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB

Avtobusun izdihamı vurması nəticəsində ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB

Tarix:

13-03-2017, 02:00

/ 3 648 dəfə oxundu.
Avtobusun izdihamı vurması nəticəsində ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB

Haitidə avtobusun izdihamı vurması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

 Bu barədə "Reuters" ölkənin yerli mülki müdafiə qurumuna istinadən xəbər verib.

Agentliyin xəbərində bildirilir ki, hadisə zamanı xəsarət almış 34 nəfər qəza yerindəcə dünyasını dəyişib. Daha 4 yaralı isə sonradan xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə Qonaiv şəhərində baş verib. Avtobus əvvəlcə iki piyadanı vurub. Sürücü bundan sonra insidentin baş verdiyi yerdən qaçaraq gizlənmək istəyib və bu vaxt bir qrup sürücünü vurub.

Hadisə yerinə xilasedicilər gəlib. Təhlükəsizlik qüvvələri qəzəbli kütləni sakitləşdirməyə çalışıblar. Bəzi şahidlər içində sərnişinlərin olduğu avtobusu yandırmağa cəhd ediblər. 

***19:35

Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.

Məlumata görə, hadisə ölkənin şimalındakı Qonaiv şəhərində baş verib. Belə ki, avtobusun izdihamı vurması nəticəsində 34 nəfər ölüb.  

Hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verməsi barədə hər hansı məlumat verilmir.(Report)

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ