SON DƏQİQƏ
» » ABŞ-da kilsə yaxınlığında atışma olub, yaralılar var

ABŞ-da kilsə yaxınlığında atışma olub, yaralılar var

Tarix:

16-04-2017, 14:58

/ 4 027 dəfə oxundu.
ABŞ-da kilsə yaxınlığında atışma olub, yaralılar var

Naməlum şəxslər ABŞ-ın Alabama ştatında Pasxa bayramı ilə əlaqədar tədbirin keçirildiyi kilsə yaxınlığında atəş açıb.
 Bu barədə "AL.com” portalı məlumat yayıb.
Nəticədə 3 yeniyetmə və bir azyaşlı uşaq yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə yerli vaxtla 15 aprel saat 21.30 (Bakı vaxtı ilə 16 aprel saat 06.30)  radələrində  Cefferson dairəsində Cathedral of the Cross  kilsəsi yaxınlığında baş verib. İlkin məlumata görə, bayram tədbiri zamanı mübahisə olub və mübahisə atışma ilə nəticələnib. Polis olayla əlaqəsi olmaqda şübhəli sayılan 5 nəfərin ifadəsini alıb. (APA)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər