SON DƏQİQƏ
» » Aralıq dənizində bir gündə 2000-dən çox miqrant xilas edilib

Aralıq dənizində bir gündə 2000-dən çox miqrant xilas edilib

Tarix:

15-04-2017, 08:28

/ 3 974 dəfə oxundu.
Aralıq dənizində bir gündə 2000-dən çox miqrant xilas edilib

Aprelin 14-də Aralıq dənizində silsilə əməliyyatlar nəticəsində  2000-dən çox miqrant xilas edilib.
  "RİA Novosti”yə istinadən verilən xəbərə görə, gün ərzində, ümumilikdə, 19 xilasetmə əməliyyatı keçirilib.  
"Sərhədsiz həkimlər” təşkilatının məlumatına görə, qayıqlardan birində ölmüş yeniyetmənin cəsədi aşkarlanıb.
"Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər