SON DƏQİQƏ

Evlərdən oğurluq edən şəxslər tutuldu

Tarix:

14-04-2017, 20:59

/ 2 549 dəfə oxundu.
Evlərdən oğurluq edən şəxslər tutuldu

Şabran rayonunda üç evdən müxtəlif elektrik avadanlığı oğurlayan şəxslər saxlanılıb.
Bunlar Siyəzən şəhər sakinləri - 25 yaşlı Toğrul Güləliyev və 27 yaşlı Tehran Gülməmmədovdur.
Onlar Şabran Rayon Polis Şöbəsində verdikləri ilkin ifadə zamanı əməllərini etiraf edib və bu yola maddi imkansızlıq ucbatından düşdüklərini bildiriblər.
Bundan başqa, Ramin Bayramova məxsus "Şabran Telekom" mağazasından dəyəri 200 manat olan HTC Desire 526G Dual SIM markalı mobil telefonu da rayonun Sincanboyad kənd sakini, 37 yaşlı Elşad Bağırovun oğurladığı müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
скачать dle 12.1

Şərhlər