SON DƏQİQƏ

Bakıda körpələr evində yanğın

Tarix:

14-04-2017, 20:19

/ 2 850 dəfə oxundu.
Bakıda körpələr evində yanğın

Bakıda körpələr evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verilən xəbərə görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər