SON DƏQİQƏ

Yük təyyarəsi dağa çırpıldı

Tarix:

14-04-2017, 08:02

/ 4 011 dəfə oxundu.
Yük təyyarəsi dağa çırpıldı

İndoneziyanın şərqindəki Papua vilayətində yük təyyarəsi dağa çırpılıb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Milli Axtarış Xilasetmə İdarəsinə istinadən xəbər verir.
Nazirliyin rəsmi nümayəndəsi bildirib ki, Oksibil dairəsində təyyarənin yeri barədə müəyyən siqnal ala bilib. "Təyyarə Oksibilin meşəlik ərazisində dağa çırpılıb", - deyə o bildirib.
O bildirib ki, xilasedicilər bir sıra səbəblər üzündən, xüsusilə əlverişsiz hava şəraiti səbəbindən təyyarənin qəzaya uğradığı yerə çata bilmirlər.
Nazirlik rəsmisinin sözlərinə görə, təyyarənin göyərtəsində yalnız bir pilot olub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ