SON DƏQİQƏ
» » Milli Qvardiyaya silahlı hücum edən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

Milli Qvardiyaya silahlı hücum edən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

Tarix:

27-11-2025, 08:54

/ 3 677 dəfə oxundu.
Milli Qvardiyaya silahlı hücum edən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

ABŞ-nin paytaxtı Vaşinqton mərkəzində Milli Qvardiya hərbçilərinə atəş açan şəxsin Əfqanıstan vətəndaşı olduğu məlum olub.
GunAz.az xəbər verir ki, bu barədə CBS News telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, hücumçunun adı Rahmanulla Lakanvaldır. O, 2021-ci ildə ABŞ-yə gəlib.
Bildirək ki, Vaşinqtonda iki Milli Qvardiya hərbçilərinə qarşı silahlı hücum törətməkdə şübhəli bilinən şəxsin görüntüsü yayılıb.
 ABŞ mediası silahlı hücum törətməkdə şübhəli bilinən şəxs təcili yardım avtomobilinə yerləşdirilərkən görüntülənib.
Qeyd edək ki, son məlumatlarda yaralanan hərbçilərin vəziyyətinin ağır olduğu bildirilir.
скачать dle 12.1

Şərhlər