SON DƏQİQƏ

Naxçıvanda "Prius" 4 nəfəri vurdu

Tarix:

13-05-2025, 22:41

/ 3 768 dəfə oxundu.
Naxçıvanda "Prius" 4 nəfəri vurdu

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.
Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.
Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər