SON DƏQİQƏ

Hacıqabulda yol qəzası olub- Yaralılar var

Tarix:

2-10-2021, 19:39

/ 1 731 dəfə oxundu.
Hacıqabulda yol qəzası olub- Yaralılar var

Hacıqabulda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində rayon ərazisində qeydə alınıb.

Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xeyli yaralı var. Hadisə yerinə Şirvan, Hacıqabul, Sabirabad rayonlarının təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabuldakı ağır yol qəzası nəticəsində yaralananların bəzilərinin şəxsiyyəti bəlli olub.

Qəza nəticəsində Ucar rayon sakini, 1966-cı il təvəllüdlü Məhəbbət Niyaz qızı Niyazova, Bərdə rayon sakinləri - 1961-ci il təvəllüdlü Rahilə Fərrux qızı Quliyeva, 1966-cı il təvəllüdlü Hökumə Mahmud qızı Hüseynova, Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Elnur Eldəniz oğlu Qasımov və daha 8 nəfər xəsart alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların da şəxsiyyəti müəyyənləşdirilir.

скачать dle 12.1

Şərhlər