SON DƏQİQƏ
» » Bakıda avtomobil mağazaya çırpıldı, satıcılar ağır yaralandı

Bakıda avtomobil mağazaya çırpıldı, satıcılar ağır yaralandı

Tarix:

18-01-2025, 23:15

/ 3 251 dəfə oxundu.
Bakıda avtomobil mağazaya çırpıldı, satıcılar ağır yaralandı

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Əziz Nəzərov və Cavidan İbrahimli küçələrinin kəsişməsində baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü Lətif Hüseynov idarə etdiyi avtomobillə kəsişmədə olan taksiyə çırpılıb.
Daha sonra L. Hüseynova məxsus avtomobil telefon mağazına çırpılıb.
Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb. Avtomobildə olan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər