Çində bir qadının “iPhone 14 Pro Max” telefonu şarj edərkən partlayıb və qadının əlində ciddi yanıqlar əmələ gəlib.
GunAz.az xəbər verir ki, Çinin Şansi şəhərində baş verən dəhşətli hadisədə qadının “iPhone 14 Pro Max” telefonu şarj edərkən partlayıb.
Səhər saatlarında baş verən hadisədə telefonunun partlaması ilə yuxudan oyanan qadın alov alan telefonuna toxunduğu zaman əlindən ciddi yanıq xəsarətləri alıb.
Telefon tamamilə yararsız vəziyyətə düşüb. İlkin araşdırmalar göstərir ki, partlayışa batareyanın nasazlığı səbəb ola bilər.
2022-ci ildə aldığı və zəmanət müddət bitmiş telefonun partlaması nəticəsində xəsarət alan və evinə maddi ziyan dəyən qadın “Apple”dan təzminat tələb edir.
“Apple”ın müştəri xidməti cihazın zəmanət statusundan asılı olmayaraq, partlayışın səbəbini araşdırmaq üçün telefonu yoxlayacaqlarını bildirib.Lent.az