SON DƏQİQƏ

Bu mövsüm neçə nəfər boğularaq ölüb?

Tarix:

24-07-2024, 12:39

/ 3 361 dəfə oxundu.
Bu mövsüm neçə nəfər boğularaq ölüb?

Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə GunAz.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.
Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.

скачать dle 12.1

Şərhlər