SON DƏQİQƏ

Qəbələdə avtomobil təmiri sexi yandı

Tarix:

12-06-2024, 09:00

/ 2 578 dəfə oxundu.
Qəbələdə avtomobil təmiri sexi yandı

Qəbələ şəhərində bir dam altında tikilən ümumi sahəsi 455 m² olan 13 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 140 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən xəbərə görə, sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər