SON DƏQİQƏ
» » Vəkil Zaur Məmmədovun intiharı ilə bağlı AÇIQLAMA

Vəkil Zaur Məmmədovun intiharı ilə bağlı AÇIQLAMA

Tarix:

1-01-2024, 21:36

/ 5 047 dəfə oxundu.
Vəkil Zaur Məmmədovun intiharı ilə bağlı AÇIQLAMA

“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
Bu sözləri Oxu.Az-a Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib:
“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.
Vəkillər Kollegiyasının sədri Zaur Məmmədovun mərhumun yaxınlarına başsağlığı verib.
20:11
Vəkil Zaur Məmmədov intihar edib.
“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ