SON DƏQİQƏ

Azərbaycanda iki məktəbdə yanğın oldu

Tarix:

9-12-2023, 20:50

/ 2 223 dəfə oxundu.
Azərbaycanda iki məktəbdə yanğın oldu

Azərbaycanda iki məktəbdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb.
Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ