SON DƏQİQƏ

Şəkidə TIR dərəyə aşdı

Tarix:

27-10-2023, 13:19

/ 2 953 dəfə oxundu.
Şəkidə TIR dərəyə aşdı

Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində TIR qəzaya uğrayaraq dərəyə aşıb.

GunAz.az xəbər verir ki, yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər