SON DƏQİQƏ
» » Gürcüstanda qatar aşdı: bir azərbaycanlı həlak oldu

Gürcüstanda qatar aşdı: bir azərbaycanlı həlak oldu

Tarix:

27-05-2023, 23:32

/ 3 720 dəfə oxundu.
Gürcüstanda qatar aşdı: bir azərbaycanlı həlak oldu

"Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
QSC-dən bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
"Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
***Mayın 26-da Gürcüstanın Tsalka rayonunda bərpa işləri zamanı texniki qatar relsdən çıxıb, hadisə zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
GunAz.az "Report" a istinadla xəbər verir ki, "Gürcüstan Dəmir Yolları”ndan verilən məlumata görə, bərpa işlərini həyata keçirən Azərbaycan şirkətidir, ölən və yaralananlar da bu ölkənin vətəndaşlarıdır.
Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi başlanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ