SON DƏQİQƏ

Həyatın acı şərbəti

Tarix:

11-04-2026, 13:30

/ 2 740 dəfə oxundu.
Həyatın acı şərbəti

Bu dünyaya gələn gedər, gedənsə gəlməz. Ölüm dediyimiz məfhumun əlimizdən alıb apardığı canlar gəlməz, ruhlarsa gələr! Cisimlər çürüsə, saçlar ağarsa, gözlər qaralsa da sözlər qalar! Bu dünyadan gedən gəlməz!..
Necə də asanlıqla yazıram hə ? Sadə sözlərlə, asan və ruhsuz şəkildə sanki ölümün acı şərbətini dadmış biri kimi dünyanın lənətindən danışıram. Ehh, bütün insanlar belə deyilmi ?
Hər kəs danışır, biri bildiyi şeyi danışdığı halda digəri isə ancaq eşitdiyini dilləndirir. Başqa birisi isə sadəcə danışmaq üçün danışır. Digəri isə həyata sanki məsləhət vermək üçün gəlir. Sizə bir şeyi etiraf edim. Bu həyatda məsləhət verməkdən asan bir şey yoxdur. Kaş məsləhət verdiyimiz şeyləri öz həyatımızda da tətbiq edə bilsək…
Bəlkə bir gün mənim də sözüm xatırlanacaq. Bəlkə bir gün mən də xatırlanan insanlardan olacağam.
Əziz oxucu, yanında olmayan birisinin varlığını duymusanmı heç? Arzuladığın dost-tanışının, sevdiyinin sanki sənlə bir yerdə olduğunu ruhən hiss etmisənmi? Yanında olmasalar belə onların qoxusunu içinə çəkmisənmi? Bu zaman özünə niyə sualı vermisənmi? Əslində sizə bir sirr açım. Heç mən özüm də bu sualı özümə verməmişəm. İndi düşünürəm yəqin yanımda olmasını istədiyim insanları o qədər ürəkdən arzulamışam ki, onların varlığını bütün cismimlə hiss etmişəm.
Yazılarım müntəzəm deyil. Ya hiss etdiklərim, ya düşündəklərim, ya da müşahidələrim yazılarımın ilham mənbəyidir.
Yazıma gətirən səbəb isə dünən parkda bir qocayla rastlaşmağım oldu. Sakit və təmiz havada musiqi dinləyərkən istirahət gününün keyfini çıxarırdım. Dinlədiyim mahnı səsi bir qoca babanın yanımda əyləşməyini çox gec hiss etdirdi .
Babanın yanıma əyləşməyini görər-görməz qalxıb salam verdim. O isə mənə gecikdin Bala, əyləş! Həyata da belə gecikirsən ?- sualına verə biləcək cavabım yox idi.
Çaşqın simamla ona baxaraq anlamadığımı dedim.
-Hələ gəncsən, çox şeyi anlamırsan, vaxt gələcək, hər şeyi anlayacaqsan! Onda həyat yaşana bilməyəcək qədər əzab və iztirablarla dolu olacaq. Ancaq əsl insan olsan bunu hiss edəcəksən! Həyatın ancaq keyfini görən insanlar bunu duymur. Ancaq sən çalış manqurt insanlardan olma! Həyatı, insanları düşün, anla, sev!
Cavab verə bilmədim, çünki həyatı qoca babanın yaşadığı qədər yaşamamışdım. Hələ də onun mənə dediklərini dərindən duya bilmirəm. Amma bir şeyin fərqinə vardım ki, həyata gecikməmək üçün günlərimin dəyərini anlamalıyam.
Niyə yazdım bunu ? Çünki bir qocanın yaşamını hiss edə bilməsəm də, ən azından onu dinləməyə və hiss etməyə təşəbbüs etdim. O görüşdən sonra həyata daha ümidlə və sevinclə baxıram.
Bəs, siz necə həyatda əsl insan olmaq üçün necə çalışırsınız ? Bu sualla sizi də həyatınıza dərindən baxmağa və əsl yaşamınızı dadmağa çağırıram.
Əziz oxucum, yazıma sərf etdiyin vaxt üçün təşəkkür edirəm! Görüşərik….
Əli İlqaroğlu
Akdeniz Universiteti Radio,TV və sinema ixtisası üzrə magistratura tələbəsiскачать dle 12.1

Şərhlər