SON DƏQİQƏ

Gələcək BANK-çıların söhbəti

Tarix:

15-04-2022, 19:17

/ 3 861 dəfə oxundu.
Gələcək BANK-çıların söhbəti

.
Aftobusda yanımdakı iki gənc banka işə qəbul üçün verdikləri imtahanda olan sualın cavabını müzakirə edirdilər. 9500 ümumi alverin 35%- i  qazancdırsa, maya dəyəri tapmaq lazım imiş.
Onlara bildirdim ki, 9500- ü vur 35- ə, böl yüzə, olacaq qazanc. Ümumidən qazancı çıx, olacaq maya.
 Biri bu cür etmiş, digəri başqa yolla, amma fərqli rəqəmlər almışdılar.
Sözüm buna yox, gənclərə dedim- bax savadlısınız, niyə başqa sahələrdə iş axtarmırsız? Axı öyrəndiyiniz bu riyazi oyunlarla sabah nə qədər vətəndaşı 18% deyib, 30, 35%- lə banka ilişdirəcəksiniz... Bu əslində normal bank işi deyil, dünyanın heç yerində belə şey yoxdur...Yəni, bu işin mahiyyətində çox günahlar vardır...
Dinmədilər, nəsə fikirləşirdilər... Düşündüm ki, bəlkə nə isə yeni iş yeri barədə xəyal edirlər.
- perespektivi də yoxdur.- dedim.
Gəncin biri özünə inamla dedi:
- bankda adi işçi kimi qalmaq fikirim yoxdur. Niyə də şöbə müdiri olmayım??
Bir az susdum. Az sonra uşaqlar aftobusdan düşməyə hazırlaşanda:
-  Nə müdiri olursuz , olun, kasıbın qəpiyini əlindən alıb, bankın milyardına qatmayın! Bu təsəvvür etmədiyiniz, heç bir riyazi düsturla hesablaya bilməyəcəyiniz günahdır.- dedim.
Heç nə deməyib, düşüb getdilər.
Həmişə tanıdığım, lap zəhləm gedən insanlara da vicdanla məsləhət vermişəm. Ola bilər ki, səhv məsləhət olub.. Elə bu gənclərə dediyim sözlər kimi. Ancaq doğru bildiyimi demişəm.
İstədim ki, o gənclər ömrünü günah əkməyə sərf etməsinlər...
ALLAH gənclərimizə kömək olsun.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ