Bir gün padşah gəzintiyə çıxmaq qərarına gəlir həmdə eyni zamanında dünyanın dörd-bir tərəfindən gətirdiyi cins atlarının hərkəsə göstərmək istəyir, belə ki, atları faytona qoşulub və bu kənddən obiri kəndlərə keçərək gəzirdi, hərkəs cins atların gözəlliklərinə heyranlıqla baxırdı, atlar o qədər gözəl, güclü idilər ki, hərkəs dörd gözlə baxmaq istərdi, faytonla meşənin içərisində ki, çayı keçərkən atlar gənc, güclü olmasına baxmayaraq, fayton çəkməkdə çətinlik çəkirdilər, bu zaman uzaqdan sürətlə gələn üzəri odunla dolu olan bir kəndli arabanı öz çəlimsiz arıq bir-cüt atları ilər çayı gəldikləri sürətlə də keçib gedir, bu çəlimsiz arıq atların gücünə heyrətlə kənardan baxan padşah, öz sərkərdələrin tapşırır ki, o kəndlini mən hüzurum da görmək istiyirəm atları ilə birgə.
Belə də oldu kəndlini öz çəlimsiz atları ilə birgə padşahın hüzuruna gətirdilər, padşah öz gözəl cins atlarına baxır və sonra kəndlinin çəlimsiz arıq atların baxıb, sual verir. -"Ey qoca bəlkə sən bu sirri açıqlamasında mənə kömək edəsən?!"
Qoca;
-Şah sağ olsun o nə sirdir ki, mən bilirəm siz bilmirsiz ?!
Şah;
-"Qoca necə olur ki, mənim bir ətək pul xərclədiyim cins atlar sənin bu çəlimsiz biri özün kimi qoca, digəri gənc arıq atların bacarıqlarını, bacara bilmir ?! "
Qoca;
-"Şah sağ olsun atların biri-birindən gözəldir güclüdür, həmdə gəncdir," görünür bu atları gətirənə qədər xeyli pulunuz çıxıb, amma mənim biri "qoca" digəri gənc arıq atım üzərində nə qədər ağır yük olsada qaçdıqları sürəti dəyişmir, hətda gördüyünüz kimi çayı keçəndə belə çətinlik çəkmirlər, bunun səbəbi şah sağ olsun "doğmalıq"dı, bu çəlimsiz atlar ana bala'dı, ana at çalışdığı qədər güc edir ki, balasına güc düşməsin, bala at isə çalışdığı qədər güc edir ki, anasına güc düşməsin, hər iki at bütün məsuliyyəti öz üzərinə götürür ki, digəri çətinlik çəkməsin.

Şah sağ olsun amma sizin atlarda gözəl, güclü, olmasına baxmayaraq doğmalıq yoxdur, ona görədə kimin nə əziyət çəkməyi bunların heçbirinin vecinə deyil.
Sürəyya HACIYEVA