
Mənim bu könlümün istəyi olan,
Böyük bir diyardı,eldi Batabat.
Bizdən əvvəl olan,əbədi qalan,
Nəğməli qəlbimdə teldi Batabat.
Şəfa mərkəzidi,şəfakarına,
Neçə ümidsizin gəlir karına.
Ruhi qida verir sənətkarına,
Mənə gəl_gəl deyən əldi Batabat.
Tanrı ocağıdı dağı,dərəsi,
Ovçunun pozulmur nişan,bərəsi.
Mərcanın ucalsın nəğməli səsi,
Hər yanı ətirli güldü Batabat.Mərcan Şahbuzlu.