Batabat

Batabat
Mənim bu könlümün istəyi olan,
Böyük bir diyardı,eldi Batabat.
Bizdən əvvəl olan,əbədi qalan,
Nəğməli qəlbimdə teldi Batabat.

Şəfa mərkəzidi,şəfakarına,
Neçə ümidsizin gəlir karına.
Ruhi qida verir sənətkarına,
Mənə gəl_gəl deyən əldi Batabat.

Tanrı ocağıdı dağı,dərəsi,
Ovçunun pozulmur nişan,bərəsi.
Mərcanın ucalsın nəğməli səsi,
Hər yanı ətirli güldü Batabat.
Mərcan Şahbuzlu.

скачать dle 12.1
Geri qayıt