SON DƏQİQƏ

BIR CAHLI-CƏLALLI ELDİ NAXÇIVAN

Tarix:

12-02-2024, 23:07

/ 3 992 dəfə oxundu.
BIR CAHLI-CƏLALLI  ELDİ  NAXÇIVAN

Naxçıvan Muxtar Respublikası -100    
Həsənəli Eyvzalı
Filologiya üzrə fəlsəfə  doktoru,dosent,
Naxçıvan MR-in Əməkdar Mədəniyyət işçisi,
Şair-dramaturq.
Bu şeirlər intibah dövrünü yaşayan 100 yaşlı doğma Naxçıvanıma ərmağanımıdır.
        BIR CAHLI-CƏLALLI  ELDİ NAXÇIVAN 
Bahara dönübdü payızı, qışı,
Bir cahlı-cəlallı eldi Naxçıvan.
Min illik tarixdi torpağı, daşı,
Yenicə açılan güldü Naxçıvan.

Bir cənnətməkandı hər bir bucağı,
Kimsədən yoxudur bir umacağı.
Ləldi, cəvahirdi daşı, torpağı,
Tükənməz sərvəti boldu Naxçıvan.

Qovğalar keçsə də əzəl başından,
Hey qurur, yaradır yaranışından.
Bütün el danışır hər bir işindən,
Dünyaya açılan yoldu Naxçıvan.

Göz oxşayan gözəlliyi bir aləm,
Çəkibdi hüsnünə Tanrı min qələm.
Eyvazlı, cənnətdi diyarın, nə qəm,
Adını tarixə saldı Naxçıvan
NAXÇIVAN
Bəyaz qarı ağ çalmadı Haçadağın başında,
Neçə tarix möhürlənib torpağında, daşında.
Cavanlaşır günü- gündən o purani yaşında
Atabəylər zamanından yadigardı Naxçıvan.

Əlincənin qayaları qəhramanlıq izidi,
Gəmiqaya babaların bu günlərə sözüdü.
“Mömünəxatun” bir incidi, türbələrin gözüdü
Dədə Qorqud yaşadığı bir diyardı Naxçıvan.

Ordubaddan  Şahbuzadək abidədir hər daşı,
Şərurdakı “Gümüşgölün” “Vayxır” olub qardaşı.
Batabatda “Zorbulağın”  duru suyu göz yaşı,
Hər fəsili gül- çiçəkli bir bahardı Naxçıvan.

Çox düşmənlər bələd olub qeyrətinə bu yurdun,
Heç kimsələr toxunammaz ismətinə bu yurdun.
Neçə dastan yazılıbdı şöhrətinə bu yurdun
Gözəllikdə tayı olmaz bir dilbərdi Naxçıvan.

Yaşadıbdı  qucağında ərənləri, pirləri,
Ad qazanıb  bu torpaqda igidləri, ərləri.
Tapammazsan belə məkan, arasan da hər yeri,




                                    QƏHRƏMAN  NAXÇIVANIM
Günbəgün gözəlləşən, cavanlaşan diyarım
Bütün fəsillərində gül-çiçəkli baharım.
Sənsən sevgilim mənim, sənsən əbədi yarım,
Ey günəşli gündüzüm, al şəfəqli səhərim,
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!

Ulu Heydər babamın Vətənisən, səddisən,
Müstəqil dövlətimin əyilməyən qəddisən.
Düşmənlərə göstərdin yolunu sən, həddi sən
Ey günəşli gündüzüm, al şəfəqli səhərim
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!

Neçə qəhrəman oğlun, neçə cəsur qızın var!
Yağıların önündə, bükülməyən dizin var.
Qarşıdadır baharın, gül-çiçəkli yazın var
Ey günəşli gündüzüm, al şəfəqli səhərim
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!

Qəhrəman oğullara sən arxa, dayaq oldun
Qeyrətinə güvənib, hünəriylə ucaldın.
Döyüşdən qalib çıxıb, zəfər çələngi aldın.
Ey günəşli gündüzüm, al şəfəqli səhərim,
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!

Sənə alqış göndərir Gəncə, Muğan, Mil bu gün
Adınla, şöhrətinlə fəxr eləyir el bu gün.
Yüksəliş yolundasan, susa bilmir dil bu gün
Ey günəşli gündüzüm, al şəfəqli səhərim
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ