SON DƏQİQƏ

"Sənə məktub yazacam"

Tarix:

18-04-2023, 10:12

/ 2 486 dəfə oxundu.
"Sənə məktub yazacam"

Xuraman Muradova- şairə-nasir,  tanınmış xeyriyyəçi, iş adamı, sahibkar, hər zaman qazilərin, şəhid ailələrinin yanında olan, Milan Hospitalının rəhbəri  Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

Beləliklə, tanınmış  xeyriyyətçi, iş adamı, sahibkar, şairə, nasir  Xuraman xanım Muradovanın "Sənə məktub yazacam...” adlı kitabının Azərbaycan Yazıçılar Birliyində  təqdimatı keçirildi... 

2023-cü ilin aprel  ayının 13-də Azərbaycan Yazıçılar Birliyində  şairə, nasir, tanınmış iş adamı, sahibkar Xuraman xanım Muradovanın "Sənə məktub yazacam...” adlı şeirlər kitabının təqdimatı  çox yüksək səviyyədə  təşkil olunmuşdu. Tədbirdə tanınmış iş adamları, professorlar, Millət vəkilləri, ictimai xadimlər, şairlər, yazıçılar iştirak  etdilər.

Tədbiri giriş sözüylə açan aparıcı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi, şair  Xəyal Rza  gələn qonaqları salamladı. İlk olaraq Vətən himni səsləndi. Sonra Vətən uğrunda şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi. Xuraman xanım  Muradova haqqında dəyərli fikirlərini tədbir iştirakçılarına çatdıran  Xəyal Rza ilk olaraq sözü  Xalq yazıçısı Natiq Rəsulzadəyə verdi. Müəllifin xeyirxah işindən, yaradıcılığından söhbət açan Xalq yazıçısı çıxışının sonunda  Azərbaycan Yazıçılar Birliyinin  üzvülük vəsiqəsini Xuraman xanım  Muradovaya təqdim etdi.

Xuraman xanım bu böyük mükafatın sevincini tədbir iştirakçıları ilə bölüşdü. Bir müəllif olaraq öncə gələn qonaqları salamladı, onlara öz dərin təşəkkürünü bildirdi. Hələ orta məktəb dövründən başladığı  və sonralar davam etdirdiyi yaradıcılığından söz açdı. Bu qədər işlərin öhdəsindən cəsarətlə gələn, xeyiriyyətçi iş adamı, gördüyü işlərin məsuliyyətini daşımaq, hər zaman xalqın içərisində olmaq, şəhid ailələri ilə, qazilərlə mütəmadi olaraq görüşmək  və onlara rəhbəri olduğu  Hospitalda  təmənnasız xidmətlər göstərmək kimi  gözəl missiyanı həyata keçirməyindən səmimi söhbət açaraq, xalqına, vətəninə bağlılığından fəxrlə və ürək dolusu danışdı. Və bir söz adamı kimi, şairə-nasir  kimi  bu böyük mükafata görə Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, Xalq yazıçısı  Anara müəllimə və bu işdə böyük fədakarlıq göstərən  Xalq yazıçısı Natiq Rəsulzadəyə  dərin təşəkkürünü bildirdi.

Sonra söz  Millət vəkillərinə verildi. Millət vəkilləri- Jalə Əhmədova,  Könül Nurullayeva, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Naqif Həmzəyev çıxış edərək Xuraman xanımın xeyirxahlığından, bir sahibkar kimi  şəhid ailələrinə  və qazilərə etdiyi maddi və mənəvi dəstəyindən, hər zaman xalqına, dövlətinə onun hakimiyyətinə sadiqliyindən,  etibarından danışaraq ünvanına xoş sözlər söylədilər. Xuraman xanımın söz dünyasından söhbət açan  Millət vəkilləri onun şeirlərindən nümunə gətirərək qəlbə yatımlı, yadda qalan və ruhu oxşayan misralarını önə çəkdilər və Azərbaycan Yazıçılar Birliyinin  üzvü olması münasibəti ilə onu  təbrik etdilər.

 AYB-nin katibi,  Əməkdar incəsənət xadimi  yazıçı-dramaturq  Elçin Hüseynbəyli bu qədər insan sevgisini qazanan və  "Sənə məktub yazacam” mahnısı ilə hər kəsin ürəyində öz sevgisini yaradan Xuraman  xanım Muradovaya ən xoş ürək sözlərini çatdırdı. Və  AYB-nin üzvü olması münasibəti ilə səbəbkarı təbrik etdi.

Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova Xuraman xanım, onun rəhbəri olduğu Milan  Hospitalı haqqında ürək sözlərini söylədi və təbrik etdi.   

Əməkdar incəsənət xadimi,  rejissor, yazıçı-dramaturq  Ağalar İdrisoğlu müəllifin yaradıcılığından, sahibkar fəalyyətindən ürək dolu  söz  açdı. Bu ilin Heydər Əliyev-100 adlandırılması ilə əlaqədar Xuraman xanımın  "Azad Azərbaycan” dövlət  qəzetindəki və aparıcı saytlarda  Ulu Öndərimiz haqqındakı  " Milli sahibkarlığın ideya müəllifi, yaradıcısı və böyük memarı” esse  yazısını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Və Xuraman xanımın  ünvanına təbriklər söylədi.

Kitabın redaktoru, tanınmış şairə-publisist, yazıçı Nəcibə İlkin maddi varlıqlar olan insan, söz və qadın haqqında söhbət açaraq, fikirlərinin cəmində bu dəyərli varlıqların Xuraman  xanım  Muradova şəxsiyyətindəki bütövlüyndən danışdı. Onun yaradıcılığından, şeir dünyasından söhbət açdı. Və bir şeirini söyləyərək Xuraman xanımı Azərbaycan Yazıçılar Birliyinin  üzvü olması münasibəti ilə ürəkdən təbrik etdi.

Azərbaycan Sahibkar İctimai Birliyin sədri Zemfira xanım Ağayeva,  həkim-oftomoloq Yazgül xanım,  Xəzər Tv-nin əməkdaşı  İradə xanım, ictimai xadim Vəfa Abbasova çıxış edərək ürək sözlərini söylədilər. Müğənnilərdən Nuriyyə Hüseynova və Mirələm Mirələmov müəllifin yaradıcılığı barədə gözəl fikirlərini tədbir iştirakçılarına çatdırdı.

Sonra "Sənə məktub yazacam” mahnısı səsləndi. Xuraman Muradovanın şeirləri bəddi qiraətçilərin ifasında yüksək peşəkarlıqla  ifa olundu.

Tədbirin sonunda Xuraman xanım tədbir iştirakçılarına, təşkilatçılarına və zəhməti olan hər kəsə yenə də  təşəkkürünü bildirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu üçün AYB-nin rəhbərliyinə və şəxsən  Xalq yazıçısı Anara,  Xalq yazıçısı Natiq Rəsulzadəyə, tədbiri idarə edən  şair  Xəyal Rzaya təşəkkürünü  bildirdi. Sonda xatirə şəkilləri çəkildi. 

Nəcibə  İLKİN,

Şairə-publisist, yazıçı

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü

"Sənə məktub yazacam"

 

"Sənə məktub yazacam"

 

"Sənə məktub yazacam"

 

"Sənə məktub yazacam"

 

"Sənə məktub yazacam"

 

"Sənə məktub yazacam"

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ