
İtaliyanın yük maşınları və avtobus istehsalçısı "Iveco Group” Rusiyadakı biznesini məhdudlaşdırır və Miassdakı "Iveco-AMT” birgə müəssisəsini tərk edir.
Bunu şirkətin baş direktoru Qerrit Marks Turində təqdimat zamanı açıqlayıb.
Qeyd edək ki, İveco birgə müəssisədə 33% paya sahibdir.
"Iveco-AMT” müştərək müəssisəsi 1994-cü ildə yaradılıb. Müəssisənin istehsal gücü birnövbəli iş rejimi ilə ildə 2,5 min avtomobilin istehsalı üçün nəzərdə tutulub.