
Prezident Co Bayden beynəlxalq terrorizmlə mübarizə məqsədilə ABŞ-ın Somalidəki hərbi mövcudluğunu bərpa etməyə icazə verib.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.
"Prezident Bayden ABŞ-ın Somalidə kiçik daimi hərbi mövcudluğunu bərpa etmək üçün müdafiə nazirinin tələbini təsdiqləyib”, - rəsmi deyib.
Onun sözlərinə görə, kontingentin sayı 500-dən az olacaq.































